İnsanlara hürriyət, millətlərə istiqlal!

Etibar Məmmədov: “Bu anti-terror tədbiri tamamilə zərurətə çevrilmiş tədbirdir”

821 19.09.2023 18:45 Gündəm A A

AMİP-in qurucusu və fəxri lideri lideri Etibar Məmmədov Qarabağda Azərbaycan ordusunun antiterror tədbirlərinə başlamasını dəstəkləyib və zərurət adlandırıb.

Bu barədə Musavat.com-a açıqlamasında Etibar Məmmədov bildirib ki, ərazimizdə antiterror tədbiri çoxdan başlamalı idi.

Biz 3 ilə yaxın gözlədik. 10 noyabr üçtrərəfli bəyanatının reallaşmasını dərhal tələb etməli idik.

Gözləməyin də hər halda səbəbləri ola bilər və var idi. İndi isə artıq bu antiterror tədbiri tamamilə zərurətə çevrilmiş tədbirdir:

cf89febec097921ef8514123cc1009cc.jpeg (212 KB)

“Azərbaycanın öz ərazisində yerləşmiş erməni terror qruplarını və hərbi birləşmələrini neytrallaşdırması zərurətə çevrilmişdi. Azərbaycan dövləti bu zərurətdən irəli gələn qanuni addımlarını atır. Bu anti-terror tədbirlərinin səbəbi aydındır. Ona görə də heç kim buna etiraz edə bilməz. Silahlı qüvvələrimizə güc-qüvvət arzulayıram ki, bu antiterror tədbirini mümkün qədər tez başa şatdırsınlar və mümkün qədər az canlı itki ilə ərazimizdə terrorizmin kökü birdəfəlik kəsilsin”.

Etibar SEYİDAĞA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR