İnsanlara hürriyət, millətlərə istiqlal!

Etibar Əliyevdən NATO-nun keçmiş rəhbərini İFŞA ÇIXIŞI 

670 05.04.2024 13:36 Siyasət A A

“ABŞ və Qərbin siyasi dairələrində riyakarlıq kabusu dolaşır. NATO-nun keçmiş baş katibi olmuş Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi” adlı qrup tərəfindən hazırlanmış 21 mart 2024-cü il tarixli “Aİ-Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” adlı hesabatda yer alan Azərbaycan əleyhinə əsassız iddialar qətiyyətlə pislənməlidir”.

Musavat.com xəbər verir ki, bu sözləri deputat Etibar Əliyev parlamentin iclasında deyib.

O, Rasmussenin şəxsiyyətinin ikiləşməsinə diqqət çəkib:

“Torpaqlarımız işğal altında olanda Rasmussenin Azərbaycan Prezidenti cənab İlham Əliyevlə iki görüşündə səsləndirdiyi fikirlər: 15 fevral 2012-ci il görüşündən sitat: “Bizim bir çox siyasi prioritetlərimiz və təhlükəsizlik sahəsində maraqlarımız üst-üstə düşür. Uzun illər ərzində əməkdaşlığımızı və dialoqumuzu qurmuşuq. Münasibətlərimiz Avropa və Avratlantik təhlükəsizliyinə töhfə verir. Əlaqələrimizi eyni qaydada inkişaf etdirmək əzmindəyik”.

6 yanvar 2014-cü il tarixli ikinci görüşdən sitat: “Bu gün keçirdiyimiz görüş NATO-nun və Sizin tərəfdaşlığımıza olan sadiqliyinizi əks etdirir. Bu o deməkdir ki, biz Cənubi Qafqaz regionuna sadiqik və sadiq qalacağıq. Azərbaycan Avropanın enerji təhlükəsizliyi, Qafqazda isə sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edən ölkədir. Eyni zamanda, Azərbaycan NATO üçün vacib və əhəmiyyətli tərəfdaşdır”.

Rasmussen 10 il bundan öncə sülh və sabitlikdən danışırdı. İndi isə bədnam hərəkətləri ilə sülh sazişinin imzalanmasına əngəllər yaradır. Azərbaycanlıları doğma torpaqlarından vəhşicəsinə çıxaran, Xocalıda, Meşəlidə, bütün işğal etdikləri ərazilərimizdə qandonduran soyqırımılar törədən Ermənistana rasmussenlər və borellər icad etdikləri “Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” şüarı altında qahmar çıxırlarsa, onda sual yaranır: genosid, ekosid, urbisid, terrorizm nə vaxtdan Avropa dəyərlərinə çevrilib? Bəs maarifçilik, renessans, insan azadlıqları hara getdi? Azərbaycan Prezidentinin köməkçisi hörmətli Hikmət Hacıyev Rasmussenə qısa və çox mənalı cavab verdi. Sitat: “Anders Foq Rasmussen hesabatına ödənişi əlavə etməyi unudub. Pullar danışır!””

Etibar Əliyev məşhur Britannika Ensiklopediyasında terrorizm anlayışına baxdığını deyərək əlavə edib:

“Yalnız 2001-ci ilin 11 sentyabr terror hadisəsi haqqında geniş məlumat verilib. Bu barədə yüzlərlə kitab və minlərlə məqalə yazılıb. Antiterror əməliyyatı barədə də həmçinin. Antiterror nümunəsi var və biz də 30 illik terrora və vəhşiliyə 1 günlük antiterror tədbirləri ilə cavab verdik. Dünyada baş verən terror hadisələri göstərir ki, Azərbaycan terror kimi vəhşi bir aktın kökünün kəsilməsi üçün də bəşəriyyətə öz töhfəsini verib.

Mina terroru isə hələ də qalmaqdadır. Bu işə də dəstək durmaqdan yayınırlar”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR