İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniya-Rusiya sərhədi istənilən vaxt bağlana bilər

329 04.12.2023 01:42 Dünya A A

“Estoniya-Rusiya sərhədi istənilən vaxt bağlana bilər”.

“Report” “Yle” nəşrinə istinadən xəbər verir ki, bunu Estoniyada Polis və Sərhəd Mühafizə İdarəsinin sərhəd şöbəsinin rəhbəri Eva Kalmus bildirib.

Onun sözlərinə görə, artıq Rusiyaya səfər edənlər çıxılmaz vəziyyətdə qala bilər və sonra geri qayıtmaq çox çətin olacaq: “Vətəndaşlardan Rusiyaya səfərlərdən çəkinməyə çağırırıq”.

O qeyd edib ki, Tallin müvafiq qərar qəbul edərsə, Estoniya ilə Rusiya arasında sərhəddə keçid məntəqələri bir saat ərzində bağlana bilər. Kalmus bu qərarın müzakirə mərhələsində olduğunu vurğulayıb.

Bundan əvvəl Finlandiya miqrant axını ilə əlaqədar Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini müvəqqəti bağlamaq qərarına gəlib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR