İnsanlara hürriyət, millətlərə istiqlal!

Estetik-cərrahla evlənən Çinarə: "Pul gözümü elə tutub ki, qısqanmağa vaxtım olmur..." - VİDEO

926 28.11.2023 16:52 Şou-biznes A A

Aparıcı Çinarə Əliyeva şəxsi həyatı ilə gündəmə gəlib.

Musavat.com Ölke.az-a istinadən xəbər verir ki, "Xəzər axşamı" proqramına qonaq olan Əliyeva həyat yoldaşı Ruslan Rəsulla olan münasibətlərindən danışıb.

Aparıcı qeyd edib ki, nişanlı vaxtı daha çox dava edirdilər.

Çinarə hazırda evlilik həyatında xoşbəxt olduğunu bildirib:

"Aramızda heç bir söz-söhbət olmur. O səhər çıxır işə gedir, axşam 6-da gəlir. Mən də axşam onunla sağollaşıram, 7-də toya gedirəm. Ona görə də heç bir problemimiz yoxdur. Pul gözümü elə tutub ki, qısqanmağa vaxtım olmur... Özümü tanıya bilmirəm".

Qeyd edək ki, Çinarə estetik-cərrah Ruslan Rəsulla bu ilin iyulun 17-də evlənib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR