İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əsrin fəlakəti" - İnsanlar küçələrdə gecələdi

1077 06.02.2024 09:00 Region A A

Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan və "Əsrin fəlakəti" adlandırılan dağıdıcı zəlzələlərdən bir il ötür.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, zəlzələdə həyatını itirən insanlar dualarla yad edilib, qəbiristanlıqlar ziyarət edilib.

Hatayın mərkəzi Antakya rayonunda vətəndaşlar axşam saatlarından etibarən Cümhuriyyət Meydanına toplaşıb. Bəzi müəssisələr tərəfindən insanlara pulsuz çay təklif edilib.

İskəndərun rayonunda vətəndaşlar küçələrdə ocaq qalayaraq “unutmamışıq” yazılı pankartlarla zəlzələ qurbanlarını yad ediblər.

Könüllülər küçədə insanlara çay, şorba təklif ediblər.

Osmaniyedə də bələdiyyə tərəfindən anma proqramı təşkil edilib.

Xatırladaq ki, 2023-cü ilin fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Türkiyə hökuməti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Hər iki zəlzələ nəticəsində 53 537 nəfər həlak olub, 107 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina dağılıb. Bunlardan 26 minində axtarış-xilasetmə işləri aparılıb. Zəlzələdən sonra Azərbaycan yardıma 41-i tibb işçisi olmaqla 725 nəfər göndərib.

Yeraltı təkanların baş verdiyi şəhər mərkəzləri və kəndlərdə 307 min binanın tikintisinə başlanılıb. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR