İnsanlara hürriyət, millətlərə istiqlal!

Esra Ersoya şok! Təcavüz iddiası ilə 10 il həbs cəzası aldı

2044 13.03.2022 14:02 Şou-biznes A A

"Ciciş" bacılardan biri, Esra Ersoy Bodrumda 13 yaşlı uşağa qarşı cinsi istismarda ittiham olunaraq 10 il 1 ay həbs cəzasına məhkum edilib. Məhkəmə Ersoy haqqında həbs qərarı verib.

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, həbs qərarından sonra ilk dəfə açıqlama verən Esra Ersoy "Mən günahsızam, heç bir cinayət törətməmişəm. Zərərçəkmiş mənəm. Qarşı tərəfdən şikayətim var. Haqqımda məhkəmə prosesi davam edir", deyə qeyd edib.

Hadisə necə baş verib?

Məlumata görə Esra Ersoy ötən il Bodrumda istirahətdə olarkən qonşunun qapısını döyüb. Qapını evdə tək olan 13 yaşlı S.B. açıb. Ərsoy S.B.-yə sevgilisindən qaçdığını və onu içəri buraxmasa sevgilisinin hər ikisini döyəcəyini deyib. Ersoyun dediklərindən qorxan 13 yaşlı S.B. qorxusundan səsini çıxarmayıb. Bir müddət sonra Ərsoy S.B.-nin evində narkotik qəbul edib. “Mənimlə olmaq üçün nə qədər adam pul təklif edir, mən səndən pul istəmirəm” deyən Ersoy, qəbul etdiyi həbin təsirindən S.B.-yə təcavüz edib.

Bir qədər sonra S.B.-nin anası evə gəlib və Ersoy dərhal evi tərk edib. S.B. başına gələnləri anasına danışıb və ailəsi bu haqda polisə şikayət edib. Ersoy istintaqa verdiyi ifadədə evə girdiyini etiraf etsə də təcavüz iddiasını rədd edib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR