İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsədin başı yenə çöndü - Suriya liderindən Türkiyəyə qarşı sərt açıqlama

6846 22.07.2023 12:00 Dünya A A

Türkiyənin Suriya ilə münasibətləri normallaşdırmaq səyləri davam edərkən, iki ölkə arasında su böhranı yaranıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Suriyadan Türkiyəyə qarşı sərt açıqlama gəlib.

Prezident Ərdoğan həftənin əvvəlində demidi: “Bizim Suriya ilə qapını bağlayacaq vəziyyətimiz yoxdur. Qapı açıqdır. Dördlü sammitlər keçirilməlidir, amma biz Bəşər Əsədlə görüş nöqtəsində bağlı deyilik".

Suriya lideri Əsəd isə Türkiyə ordusu Suriyadan tamamilə çəkilməyənə qədər Ərdoğanla oturub-durmayacağını bildirib.

Suriya rəhbərliyi Türkiyəni ölkənin şimal-şərqindəki Həsəkə suyunu kəsməkdə ittiham edib. Suriya Xarici İşlər Nazirliyi bəyanatında Türkiyəni "işğalçı güc" olaraq təyin edərək deyib: "Həsəkə şəhərində bir milyondan çox suriyalını sudan məhrum etməyə davam edən Türkiyə və Amerika işğallarını qınayırıq".

Vəziyyəti "beynəlxalq hüququn bu ağır pozuntusu" olaraq xarakterizə edən Dəməşq Birləşmiş Millətlər Təşkilatını təcili və təsirli addımlar atmağa çağırıb. "Suriya bir daha vurğulayır ki, Amerika və Türkiyə qüvvələrinin Suriya torpaqlarında qeyri-qanuni mövcudluğuna son qoyulması xalqımızın əzabına son qoymağın yeganə yoludur", - nazirlik bildirib.

Su problemi vaxtaşırı Türkiyə ilə digər qonşu ölkələr, İran və İraq arasında böhrana səbəb olur.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR