İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanla münasibətlər: yeni müharibə qapıda? Rauf Arifoğlu ilə "Canlı debat"

2178 31.05.2022 11:22 Gündəm A A

“Dağlıq Qarabağ münaqişəsinin həlli müharibə yox, sülh deməkdir və Ermənistan regionda sülhün və stabilliyin bərqərar olunması üçün səylərini davam etdirir”.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xarici mətbuata müsahibəsində deyib. Mirzoyan əlavə edib ki, 9 noyabr 2020-ci il bəyanatı qəbul edildikdən sonra orada nəzərdə tutulmuş bir çox məsələlər həllini tapmayıb. Nazir deyib ki, Bakı hələ də erməni əsirlərin hamısını azad etməyib və Azərbaycan silahlı qüvvələrinin nəzarəti altına keçmiş ərazilərdə erməni mədəni və dini abidələri məhv olmaq təhlükəsi qarşısındadır.

Mirzoyan iddia edib ki, Azərbaycan Dağlıq Qarbağda atəşkəs rejimini pozur: “Biz dəfələrlə demişik ki, Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin hərtərli tənzimlənməsi, o cümlədən Dağlıq Qarabağ xalqının hüquqlarının müdafiəsi və bu bölgənin yekun statusu da daxil hərtərəfli sülh danışıqlarına başlamağa hazırıq”.

Ararat Mirzoyan qeyd edib ki, mayın 22-də iki ölkə liderlərinin Brüsseldə keçirilən görüşündə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına və regional kommunikasiyaların açılmasına dair razılaşma əldə olunub.

Ermənistan xarici işlər naziri bildirib ki, əgər Azərbaycan bu prosesə, əvvəllər dəfələrlə etdiyi kimi, maneə yaratmazsa, irəli doğru addımlar atıla bilər.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızı ilə “Canlı debat”da müzakirə edəcəyik. Verilişimizin qonağı “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu olacaq və gündəmi təhlil edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR