İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın müdafiə naziri 15 hərbçisinin yandığı hissəyə yalnız 3 gün sonra baş çəkib

581 21.01.2023 19:58 Region A A

 

Ermənistanın müdafiə naziri Suren Papikyan, ordunun baş qərargah rəisi, general-mayor Eduard Əsriyan yanvarın 21-də İkinci Ordu Korpusunda olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Papikyan burada ikinci korpusa yeni təyin olunmuş komandir, polkovnik Qaregin Poqosyanı təqdim edib.

Sonra müdafiə naziri Geqarkunik rayonunun Azat kəndi ərazisində yerləşən mühəndis rotasının sığınacağında baş vermiş yanğın yerinə baş çəkib.

Qeyd olunur ki, Suren Papikyan hazırda 3 gün öncə, 15 hərbçinin yanması ilə nəticələnən insidentə görə Ermənistanda tənqid hədəfindədir.

Onun hadisənin baş verdikdən 3 gün sonra bölgədə görünməsi ayrıca hay-küyə səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR