İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın Kərki kələyi, yeni zavod bəhanədir? - təhlükəli gəlişmə

1630 17.06.2023 10:32 Siyasət A A

İrəvan Vaşinqtonla Bakının arasını vurmaq istəyir - hayların daha bir məkri; “Azərbaycan gecikmədən öz mövqeyini ABŞ-a çatdırmalıdır...”

Bəlli olduğu kimi, Ermənistan Azərbaycana qarşı növbəti təxribata başlayıb. Söhbət Naxçıvanla sərhəddə, Arazdəyəndə ABŞ investisiyası hesabına yeni metallurgiya zavodunun tikintisindən gedir. Zavodun zəhərli kimyəvi tullantıları bölgəyə, xüsusilə Araz çayına ekoloji fəlakət vəd edir. İnvestisiya ABŞ-da fəaliyyət göstərən “CS Global Investments” (sahibi Hindistan əsilli Bobbi Kanqdır) və “Virtual Funding” (sahibi Ermənistan vətəndaşı Qriqor Ter-Qazaryandır) şirkətlərinə məxsusdur.

Bir neçə gün öncə Ermənistan tərəfi guya ərazidəki iki əcnəbi hindli işçinin Azərbaycan (Naxçıvan) tərəfdən açılan atəşlə yaralandığını iddia edib hay-küy qaldırdı, az qala Ermənistandan çox ABŞ-a güllə atıldığı qədər həyasızlığa getdi.

“Biz Ermənistanda ABŞ-a bağlı şirkətin iki mülki əməkdaşının Azərbaycan tərəfdən atəşə tutulması nəticəsində yaralanmasından dərin narahatıq. Biz sərhəd boyu təmkinli olmaq çağırışımızı bir daha təkrar edirik”.

Bunu iki gün öncə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller öz twitter hesabında yazıb.

Aydındır ki, İrəvan bu avantüraya ABŞ-ı da cəlb eləmək və onu Azərbaycana qarşı qoymaq istəyir. Birinci hədəf yəqin ki, bölgəyə, xüsusən Azərbaycanın ekologiyasına ciddi ziyan vuracaq bir zavodun inşasına ABŞ səviyyəsində zəmanət əldə etməkdir. İkincisi, sülh danışıqlarında özü üçün daha əlverişli duruma nail olmaqdır. Üçüncüsü isə Kərkinin qaytarılmasını əngəlləməkdir.

Asif Nərimanlı: "O zaman səbəb nədir?"

Asif Nərimanlı

Belə ki, analitik Asif Nərimanlıya görə, belə bir zavodun Arazdəyəndə inşa edilməsi məhz Ermənistanın Kərki ilə bağlı planlarından qaynaqlana bilər: “Bu, xüsusilə ankavların qaytarılması perspektivinin aktual olması fonunda diqqət çəkir. Anklavlarla bağlı məsələ müzakirə mərhələsindədir və burada iki variantın olduğu sirr deyil. Birinci variant danışıqlar yoludur: Ermənistan prosesi pozmaq üçün 1975-ci il xəritəsini ortaya atır, bununla SSRİ vaxtı ermənilərə verilən ərazilərə - Başkənd - iddiasını irəli sürür. Bakı buna qarşıdır və burada məsələnin danışıqlar yolu ilə həllinin çətinliyi önə çıxır. İkinci variant hərbi yoldur: bu, istisna deyil, rəsmi Bakı daha əvvəl məsələnin hərbçilər tərəfindən həll edilməsi variantının olduğuna dair xəbərdarlıq edib. Birinci variantı qəbul etməyən Ermənistan Arazdəyəndə zavod inşa etməklə ikinci variantın praktiki müstəvidə reallaşmasının qarşısını almağı planlaşdırır. Kərkinin hərbi yolla azad edilməsi variantında Arazdəyən bölgəsi keçid ərazisidir və bu bölgəyə ABŞ şirkətlərinin investisiya yatırması belə bir perspektivdə Vaşinqtonun prosesə müdaxiləsinə şərait yaradır. Beynəlxalq təcrübəyə əsasən xarici investisiyanın yatırıldığı bölgələrdə kapitalın məxsus olduğu ölkə gərginliyin əleyhinə olur. Burada İrəvanın niyyəti də Kərki kəndinin azad edilməsi perspektivinin önündə ABŞ investisiyasını qalxan olaraq istifadə etməkdir”.

Bəs rəsmi Bakı mövcud vəziyyətdə hansı taktikanı seçəcək? İrəvanın avantürası və kələyi ilə bağlı ABŞ-a müraciət edəcəkmi, edibmi?

Fikrət Yusifov: “Ermənistan dövlət kimi özünü qorumaq istəyirsə, onu  çökdürən bu müharibəni saxlamalıdır”

 Fikrət Yusifov 

Sabiq maliyyə naziri Fikrət Yusifov rusların əksəriyyətinin ermənilərin onlara yük olduğu düşüncəsində olmasından söz açdı: “Otuz ilin "qalibiyyət mifindən" başı gicəllənmiş ermənilərin birdən-birə ağır məğlubiyyətə uğramaları bir millət olaraq onları ciddi psixoloji duruma salıb. İki ildir bu ölkənin radikal toplumu sakitləşmək bilmir. Ağıllarına gələn çağırışları edir, qisasçılıq hisslərini başlarının üzərində gəzdirirlər. Bu millət tarix boyu bir dili - yumruq dilini yaxşı anlayıb və həmişə, hər yerdə başı əzilib. Onların başına son yumruğu da Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu vurdu. İndi özlərinə gələ bilmirlər.

Bu toplum sakit həyat tərzi sürməyi bacarmır. Hissiyatları o qədər korlanıb ki, artıq ölçüyə gəlməyən həyasızlığa söykənmiş ambisiyaları ilə Azərbaycan torpaqlarında, süni yolla yaratdıqları dövləti belə itirmək təhlükəsini anlaya bilmirlər. Bunlardan hamı bezib. Ən əsası isə odur ki, erməniləri Qafqazın səhnəsinə çıxarıb, onlardan bir alət kimi istifadə etmiş və bu gün də istifadə edən ruslar belə bu xəstə təxəyyüllü millətdən, onun yersiz, əsassız ambisiyalarından təngə gəliblər. Mən uzun illər Rusiyada yaşamış bir adam kimi, çox yaxşı bilirəm ki, Rusiya hökumətinin dəhlizlərində artıq illərlədir bu narazılıqlar açıq-aydın şəkildə ifadə olunur. Sağlam düşünən ruslar Ermənistanın onlara böyük və lazımsız bir yük olduğunu yaxşı anlayırlar. Ancaq regiondakı təsirlərini itirməmək xatirinə hələ ki onların ölçüyə gəlməyən çılğınlıqlarına dözürlər. Bunun da bir sonunun olacağına şübhə yoxdur!

Ermənilər hər çirkin oyunu oynamağı bacaran bir millətdir. 44 günlük İkinci Qarabağ savaşındakı ağır məğlubiyyətdən sonra ABŞ-ın Kaliforniya Ştatının Los-Anceles şəhərində, 2021-ci ilin iyul ayının 21-də, oradakı Baş Konsulluğumuzun qarşısında toplaşmış 30-40 azərbaycanlıya qarşı meydana yığışmış 10 minlərlə erməninin törətdikləri vəhşilikdən bir epizodu hörmətli oxucularımızın diqqətinə çatdırmaq istəyirəm. Los-Anceles şəhərinin polis bölmələrinin birində çalışan, əslən azərbaycanlı olan polis əməkdaşı danışırdı ki, bu qarşıdurmadan öncə ermənilər Pikap tipli avtomobillərdə azərbaycanlıların dayandıqları yerin qarşısına gələrək, onların qarşısına müxtəlif kəsici, deşici alətlər, bıçaq, balta və digər soyuq silahlar atıb dərhal da polisə xəbər verdilər ki, azərbaycanlılar bizə hücum etməyə hazırlaşırlar. Baxın, bu millətin xislətinə, iç üzünə! Onlar hər yerdə və həmişə belə olublar və belə olaraq da qalacaqlar. Və nəhayət, Qafqaz sonda bu mayası şərlə yoğrulmuş millətdən qurtulmalıdır".

Baydenin Kiyevə səfəri xüsusi mərhələnin başlanmasına işarədir”-Əziz  Əlibəyli

Əziz Əlibəyli 

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Amerikanın prosesləri tamamilə əlində cəmləmək üçün iş başında olduğunu qeyd etdi: “Burada konkret məqsəd var. O da Birləşmiş Ştatların maraqlarını müdafiə edən bir vəziyyət yaratmaqdır. Düşünmürəm ki, həqiqətən təkcə məqsəd zavod tikməkdir, yaxud da Azərbaycanla bağlı ümumi vəziyyəti dezavantaja çevirməkdir - ölkəmiz nöqteyi-nəzərindən. Amma gedən bütün proseslər göstərir ki, bu, əslində sülh danışıqları üzərindən təşəbbüsləri əlindən götürmüş Vaşinqtonun həmlələridir, nəinki Ermənistanın.

Nəticə etibarı ilə Amerika sülh danışıqlarını əlində saxlamaq üçün təşəbbüsləri əlində saxlamağa çalışır, son olaraq, tez-tez atəşkəsin pozulması da bunu deməyə əsas verir. Digər tərəfdən, bu, Azərbaycanın qarşısını alacaqmı, yaxud Azərbaycana görəmi gəlir faktı öz əksini tapmaz. Çünki separatçı rejimlə bağlı Amerikadan verilmiş açıqlama kifayət qədər rahat şəkildə göstərdi ki, bu gedişat anti-Azərbaycan formulu yaratmağa hesablanmır. Bunu Ermənistandan hansı qüvvələr istəsə belə, bu belə deyil. Gələcək üçün Azərbaycanın bölgədə möhkəmlənməsi də ABŞ-ın milli maraqlarına zidd deyil. Ən azından İran faktoruna görə bu belədir. Sırf Kərki məsələsi üzərində Ermənistanın hansısa bir marağı ola bilər. Amma bu heç bir halda Amerikanın marağı deyil. Burada əsas məsələ sülh danışıqlarını ABŞ-ın nəzarətinə keçirmək cəhdidir".

Şuşanın hüzurunda... - Kənan Novruzov yazır

Kənan Novruzov 

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov hesab edir ki, ermənilər Amerika ilə Azərbaycan arasında gərginlik yaratmağa çalışır: “Naxçıvanla sərhəddə, Arazdəyəndə ABŞ investisiyası hesabına yeni metallurgiya zavodunun tikintisi maraqlı məqamdır. Əlbəttə, Ermənistan bu məqamdan istifadə etməyə çalışacaq. Son günlər Ermənistanın Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutmasını təsadüfi hesab etmirəm. Ola bilsin, bu, məqsədlidir. İstisna deyil ki, rəsmi İrəvan Vaşinqtonla Bakı arasında gərginlik yaratmağa çalışır. Şübhəsiz ki, Azərbaycan gecikmədən öz mövqeyini ABŞ-a çatdırmalıdır. Bildirilməlidir ki, bütün məsuliyyəti təxribatı törədən tərəf, yəni Ermənistan daşıyır.

İkinci tərəfdən isə Silahlı Qüvvələrimiz öz işini görməlidir. Sözügedən metallurgiya zavodunun mövcudluğu o demək deyil ki, biz Ermənistanın təxribatlarına göz yumacağıq. Əgər qarşı tərəf belə düşünürsə, səhv edir. Ən əsas məsələlərdən biri isə budur ki, mən ABŞ-ın Ermənistanın məkrli planına gedəcəyinə inanmıram. Birincisi ona görə ki, ABŞ Ermənistana görə Azərbaycanla intriqa yaratmaq istəməz. Bu gün Bakı Vaşinqton üçün daha vacibdir, nəinki İrəvan. İkincisi, bu gün ABŞ vasitəçilikdə iddialı olan tərəfdir. Deməli, məntiqli və soyuqqanlı davranmağa məcburdur. Üçüncüsü isə Ağ Ev sırf iqtisadi maraqlarına görə regiondakı sabitlikdə maraqlıdır. Bütün bunları nəzərə alsaq, deməliyik ki, Ermənistan heç də metallurgiya zavodunun mövcudluğuna “bel bağlamamalıdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR