İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın keçmiş qərargah rəisi: “İstintaq aparılmadan işdən çıxarmaq qanunsuzluqdur”

341 19.01.2023 16:05 Region A A


“Ermənistan ordusunda baş verən son hadisədə əsl günahkarlar xidməti araşdırma aparıldıqdan sonra məlum olacaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan yerli mətbuata müsahibəsində bildirib.

Onun sözlərinə görə, cinayəti törədənlər aşkar edilmədən insanların vəzifədən uzaqlaşdırılması siyasi xarakter daşıyır.

Qeyd edək ki, Ermənistanda hazırda tənqidlərin hədəfində ölkənin müdafiə naziri Suren Papikyan dayanıb. Ermənistan xəbər agentliklərinin məlumatına görə, müdafiə naziri Suren Papikyan hələ bu vaxta qədər Geqarkunik rayonunun Azat kəndi ərazisində yerləşən n saylı hərbi hissəyə yola düşməyib.

Xatırladaq ki, bu ilin yanvarın 19-da saat 01:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin n saylı hərbi hissəsinin Geqarkunik rayonunun Azat kəndi ərazisində yerləşən mühəndis bölüyünün sığınacağında yanğın baş verib. İlkin məlumata görə, yanğın nəticəsində 15 hərbçi həlak olub. Faktla bağlı cinayət işi başlanıb, ikinci ordu korpusunun komandiri və digər vəzifəli şəxslər vəzifələrindən azad ediliblər.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR