İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın keçmiş müdafiə naziri: "Danışıqlar aparan tərəfi dəyişməliyik"

1242 21.09.2022 13:51 Region A A

"Biz müstəqilliyimizin, suverenliyimizin elementlərini günü-gündən itiririk və bunun əsas səbəbi 44 günlük müharibədə məğlubiyyətdir".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində "Ermənistan" fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

O, bu məsələdə əsas günahkar kimi Azərbaycanın və Türkiyənin adlarını çəkib.

Seyran Ohanyana görə, ikinci benefisiar Ermənistanı müharibəyə sürükləyən, müharibə zamanı heç bir iş görməyən və hələ də onun suverenliyini qorumaq üçün heç nə etməyən Paşinyan hakimiyyətidir.

"Biz insanları yalançı sülh proqramı yolu ilə aparmamalı, bunun üçün real təminatlar yaratmalıyıq. Birinci təminat ordudur, birlikdir, iqtisadiyyatdır. İkincisi isə beynəlxalq təminatlardır. Məğlub olan hökumət danışıqlar apara bilmir. Məğlub olmuş hakimiyyətlərdən qurtulmalı, danışıqlar aparan tərəfi dəyişməliyik. Bu, hər şeyi dəyişəcək", - deyə Xocalı qatili yerli jurnalistlərə söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR