İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın keçmiş baş nazirinin oğlu baş prokurorluğa çağırıldı  

608 07.09.2022 19:12 Region A A

Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın oğlu Arqam Abramyan qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı qaldırılan iş çərçivəsində Baş prokurorluğa çağırılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə baş prokurorun müşaviri Qor Abramyan məlumat yayıb.

“Biz bildiriş almış digər şəxslərin də işin materialları ilə tanış olmaq, öz mövqelərini bildirmək üçün gəlməsini gözləyirik”, - deyə Abramyan bildirib.

Qeyd edək ki, Ermənistanın keçmiş baş naziri Ovik Abramyan, həyat yoldaşı, qızı, gəlini Emma Çarukyan (Çiçəklənən Ermənistan partiyasının rəhbəri Qagik Çarukyanın qızı) əmlakın qanunsuz müsadirəsi işi üzrə departamentinə dəvət olunub. Prokurorluq Artaşat (Qəmərli-red.) şəhər merinin keçmiş müavini Qaqik Poqosyanı, keçmiş baş nazirin mühafizəsinin rəhbəri Baqratuni Barseqyanı, sürücüsü Qriqor Gevorqyanı da istintaqa cəlb edib.

Xatırladaq ki, cinayət işi çərçivəsində Abramyana və onun qohumlarına məxsus əmlaka həbs qoyulub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR