İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın ədliyyə naziri Qarabağdan əl çəkmək istəmir

1519 06.03.2024 17:34 Son xəbər A A

“Ermənistanın ədliyyə naziri Qriqor Minasyan, deyəsən, Nikol Paşinyana qarşı çıxmağa çalışır. Deyəsən, o, Qarabağdan əl çəkmək istəmir”.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Ermənistan Ədliyyə Nazirliyi 2 nüsxədə “Kəşf edilməmiş Ermənistan” adlı bir kitab alıb. Kitabda 11 fəsil Ermənistanın 11 rayonuna, 12-ci fəsil isə Qarabağa həsr olunub. Kitabda Qarabağ və Ermənistanın təbiəti göstərilib. Kitabı nəşr edən “Zanqak” mağazası öz internet səhifəsində “kitabın xaricdə yaşayanlar, foto kitabları və təbiəti sevənlər üçün əla hədiyyə olduğunu” bildirib.

“Güman ki, Minasyan bu kitabları kiməsə hədiyyə etmək üçün alıb. Lakin onun Qarabağa həsr olunmuş 12-ci fəsli cırıb çıxararaq, yoxsa kitabı bütövlükdə verib-verməyəcəyi hələ məlum deyil”, - deyə qəzet yazır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR