İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın Aİ-yə üzv olmaq ehtimalı – ölkədə hamı bundan danışır

513 04.03.2024 14:22 Dünya A A

Ukrayna prezidenti Vladimir Zelenskinin Ermənistana səfəri ilə bağlı söz-söhbətlər yerli hakimiyyət orqanlarının həmvətənlərini Avropa İttifaqına üzv olmaq barədə düşünməyə dəvət edəndə səngimək bilmirdi.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ekspertlərin fikrincə, respublika iqtisadi cəhətdən böyük ölçüdə Rusiyadan asılı olduğu üçün bu ideya milli təhlükəsizliyin möhkəmləndirilməsi və demokratiyanın inkişafı bəhanəsi ilə irəli sürülür.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan milli televiziya kanalına müsahibəsində bildirib ki, Avropa İttifaqı İrəvanı üzvlüyünə dəvət etsə, Ermənistan hakimiyyəti bu barədə düşünəcək. Eyni zamanda, o qeyd edib ki, Brüssel artıq əməkdaşlığı mümkün qədər genişləndirməyə hazır olduğunu bəyan etsə də, Aİ-nin hələ də çox geniş gündəliyi var. Buna baxmayaraq, Qriqoryan əmindir ki, zaman keçdikcə Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlər yalnız möhkəmlənəcək. Beləliklə, onun fikrincə, İrəvan “Avropa təhlükəsizlik alətlərinin bir hissəsi” olmaq istəyir.

Öz növbəsində Ermənistan parlamentinin spikeri Alen Simonyan hesab edir ki, Avropaya inteqrasiya istiqamətində düşünmək lazımdır, lakin tələsmək lazım deyil. O cümlədən İrəvanın addımları birtərəfli olmamalıdır. Eyni zamanda, Simonyan Ermənistanda demokratiyanın səviyyəsinin artıq bəzi Aİ ölkələrindən yüksək olduğunu vurğulayıb.

Müşahidəçilər bildirirlər ki, Ermənistanın Aİ yolundan ən güclü və istəkli bələdçisi, eyni zamanda dəstəkçisi Fransadır.  Fəqət öndə mühüm bir baryer də var - Rusiya.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR