İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan “danışaq” TƏKLİFİ

2181 17.06.2023 21:11 Son xəbər A A

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan azərbaycanlı həmkarı Şahin Mustafayevə ölkələr arasında sərhədlərin delimitasiyası məsələləri üzrə komissiyaların iclasını keçirməyi təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Baş nazirin müavininin mətbuat xidmətindən verilən məlumata görə, məqsəd sərhədlərdə gərginliyə səbəb olan problemli məsələləri müzakirə etməkdir.

Qeyd edək ki, ötən il yaradılmış delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının Ermənistana aid heyətinə Mher Qriqoryan rəhbərlik edir. Mustafayevlə ilk görüş 24 may 2022-ci ildə, ikinci görüş 30 avqust 2022-ci ildə Moskvada baş tutub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR