İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan “Cermuk” AÇIQLAMASI 

1882 14.02.2024 13:43 Region A A

Ermənistan “Cermuk” mineral suyunun satışının dayandırılması ilə bağlı Rusiyanın səlahiyyətli orqanlarından bildiriş almayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Qida Təhlükəsizliyinə Nəzarət Qurumunun məlumatında deyilir.

““Cermuk” mineral suyu 2001-ci ildən Rusiyaya ixrac edilir, həcmi tədricən 350 min litrdən 15 milyon 273 min litrə çatdırılıb. İdxal edilən hər bir partiya Avrasiya İqtisadi İttifaqının texniki reqlamentinə uyğundur”, - deyə məlumatda qeyd olunur.

Erməni tərəfi 23 il ərzində Ermənistandan ixrac edilən mineral sudan bir dənə də olsun zəhərlənmə faktı qeydə alınmadığından “Cermuk”un müəyyən partiyalarının satışının dayandırılması barədə qərarın qəbul edilməsinin olduqca qəribə olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, bir müddət öncə Şimali Osetiyanın rəhbəri Sergey Menyaylo yerli sakinin məhz “Cermuk” mineral suyundan bir butulka içdikdən sonra xəstəxanada dünyasını dəyişdiyini bildirib. Onun sözlərinə görə, yeni bağlanmış butulkada su əvəzinə sirkə olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR