İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda yanacaqdoldurma məntəqəsində baş verən yanğın iki gündən sonra söndürüldü

637 09.06.2024 02:38 Region A A

Mayın 6-da İrəvanın yaxınlığındakı Abovyan şəhərində qazdoldurma məntəqəsində baş vermiş güclü partlayışdan sonra yaranan yanğın iki gün sonra söndürülüb.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.

Xatırladaq ki, iyunun 6-da axşam İrəvan-Sevan magistralında Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. Bildirilib ki, maye qaz çənlərinin partlaması güclü yanğınla müşayiət olunub.

Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Ermənistan Səhiyyə Nazirliyi qeyd edib ki, vəziyyəti ağır olan iki yaralı reanimasiya şöbəsinə yerləşdirilib.\\“Report” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR