İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda üsyankar komissiya sədrini işdən qovurlar

732 25.04.2023 18:46 Region A A

Ermənistanda hakim “Vətəndaş sazişi” partiyası bu günlərdə parlament tribunasında aksiya keçirən Taqui Tovmasyanın insan hüquqları və sosial məsələlər daimi komissiyasının sədri vəzifəsindən kənarlaşdırılması prosesini başladıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə hakim partiyanın deputatı Ovik Ağazaryan təşəbbüs qaldırıb.

Məlumata görə, Ağazaryan bu məsələni fraksiyada müzakirə etmək üçün 29 imza toplayıb. Maraqlıdır ki, bununla bağlı keçirilən iclasda Taqui Tovmasyanı Vigen Xaçatryan, Vahan Aleksanyan, Mariya Karapetyan, Sisak Qabrielyan kimi deputatlar müdafiə edib. Taqui Tovmasyan son günlərdə Ermənistan parlamentində ombudsman seçkilərində Paşinyana qarşı sərt çıxışları ilə yadda qalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR