İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda respondentlərin əksəriyyəti çoxvektorlu xarici siyasəti dəstəkləyir

426 10.11.2023 17:47 Region A A

Son sorğulara görə, Ermənistanda respondentlərin 40%-i ölkə üçün çoxvektorlu xarici siyasətin tərəfdarıdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Bunu GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin apardığı sorğunun nəticələri sübut edir.

Ötən ilin eyni dövrü ilə müqayisədə çoxvektorlu siyasət tərəfdarlarının sayı 4,6 faiz azalıb. Lakin Aİ tərəfdarlarının sayı xeyli artıb. Əgər ötən ilin noyabrında ermənilərin 9,0% sırf Avropa siyasətinin aparılmasında israr edirdisə, indi yeni sorğuda onların sayı 17%-ə yüksəlib. Doğrudur, bu, müharibədən əvvəlki dövrlə müqayisədə bir qədər aşağıdır. (2020-ci ilin iyul ayından sorğulara görə, bu rəqəm 17,1% idi).

Ermənilərin yalnız 14% inteqrasiya vektorunun sırf Rusiyaya yönəldilməsini zəruri hesab etdiyini bildirib. Halbuki ilin əvvəlində onların sayı 22,7%, təşkil edirdi. Əhəmiyyətli azalmaya baxmayaraq, Rusiyanın mövqeyi hələ də ABŞ-dan güclüdür. Respondentlərin yalnız 13% -i Vaşinqtonla əməkdaşlığı dəstəkləyib. Müqayisə üçün cəmi bir il əvvəl - 2022-ci ilin noyabrında ABŞ-ın mövqeyi bundan bir qədər yüksək olub - 15,5%.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR