İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda polislə aksiyaçılar arasında insident   VİDEO

758 29.04.2023 17:46 Region A A

Ermənistan paytaxtında növbəti aksiya keçirilib. Azərbaycanla toqquşmalarda ölən hərbçilərin valideynləri “Öldürülən Vətəndaş Günü” aksiyası keçirərək, müxalifət nümayəndələri ilə birgə parlamentin yaxınlığında piket və paytaxtın mərkəzindən yürüş təşkil ediblər.

Musavat.com
bu barədə erməni mediasına istinadən bildirir. Etirazçılar hesab edirlər ki, indiki hakimiyyət və onun uğursuz xarici siyasəti ölkədə bir çox bəlalara, o cümlədən Qarabağdakı müharibəyə, minlərlə insanın ölümünə səbəb olub.

Aksiyanın gedişində ölən əsgərlərin valideynləri ilə polis arasında mübahisə yaranıb. Polis şimal prospektindəki heykəlin üstündə dövlət məmurlarının fotolarını asmamağa çağırıb. Lakin etirazçılar öz mövqelərində israr ediblər, bu da mübahisəyə səbəb olub.

 



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR