İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir, saxlanılanlar var

621 25.04.2022 19:04 Region A A


Ermənistan polisi İrəvanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının qərargahı önündə aksiya keçirən bir neçə fəalı saxlayıb.

“Şərəf duyuram” fraksiyasının rəhbəri Artur Vanetsyanın tərəfdarları partiyadaşlarının saxlanılma səbəbini aydınlaşdırmaq üçün iqtidar partiyasının qərargahı önünə gəlib.


Etiraz aksiyasında “Şərəf duyuram” fraksiyasının deputatı Tiqran Abramyan da olub.

Ermənistan polisi İrəvanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının qərargahı önündə keçirilən aksiyada 11 nəfərin saxlanıldığını açıqlayıb.

17:14

Ermənistanda paytaxt İrəvan da daxil olmaqla, bir sıra şəhərlərdə Baş nazir Nikol Paşinyan və onun komandasının istefası tələbi ilə aksiyalar keçirilir.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, “Gəncliyin səsi” hərəkatının üzvləri 15 ali təhsil müəssisəsində “Oyan, tələbə” adlı aksiya keçirib.

Etirazçılar universitetlərin qarşısına “Oyan, tələbə” yazılmış plakatlarla toplaşıblar.

Baş nazir Nikol Paşinyanın və onun komandasının tərəfdarları isə İrəvanda parlament binasının qarşısında aksiya keçiriblər.

Spiker Alen Simonyan aksiya iştirakçıları ilə parlament binasının qarşısında görüşüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR