İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda partlayış: yaralı var  

606 23.06.2024 12:56 Hadisə A A

 Bu gün, iyunun 23-də Kotayk rayonunun Ağveran qəsəbəsindəki “Ararat Resort” otel kompleksinin keçid məntəqəsində partlayış baş verib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Səbəbi açıqlanmayan hadisə saat 07:30 radələrində baş verib.

Partlayış nəticəsində bir nəfər İrəvandakı Milli Yanıqlar və Dermatologiya Mərkəzinə yerləşdirilib.

Hadisə yerinə Çarentsavan Yanğından Mühafizə Hissəsinin 1 nəfər döyüş heyəti gəlib.

Partlayış nəticəsində şüşələr qırılıb. Məlumata görə, xəstəxanaya yerləşdirilən şəxs otel kompleksində çalışan təhlükəsizlik xidməti işçisidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR