İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda partlayış-ölən var  

799 21.07.2024 11:56 Hadisə A A

Ötən gün, iyulun 20-də Qərbi Zəngəzurda partlayış baş verib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, saat 19:00 radələrində Zəngəzur və Qafan polisinə Ermənistan Müdafiə Nazirliyinin Qafan şəhərindəki atış poliqonunda meyit tapılması barədə əməliyyat məlumatı daxil olub.

Polis və müstəntiqlər atışma meydançasında kişi meyiti tapıblar. İlkin məlumata görə, onun ölümünə partlayış səbəb olub.

“Mətbuatda və sosial şəbəkələrdə “Ermənistan Müdafiə Nazirliyinin atışma poliqonunda partlayış: ölən var” sərlövhəli yazı yayılır. Bununla bağlı bildiririk ki, hadisə Müdafiə Nazirliyinin atış poliqonunda deyil, atış poliqonunun yanındakı ərazidə qeydə alınıb. Ölən mülki şəxsdir”.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR