İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda müxalifət müddətsiz etiraz aksiyası elan edib

1118 17.04.2022 23:25 Region A A

Ermənistan müxalifəti İrəvanın mərkəzində müddətsiz etiraz aksiyası elan edib.

APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə İrəvanın mərkəzindəki Azadlıq meydanındakı mitinqdə müxalifət lideri Artur Vanetsyan bildirib.

Axşam saatlarında polis etirazçıların çadır qurmaq cəhdinin qarşısını alıb və bir neçə nəfəri saxlayıb.

Bundan sonra Vanetsyan hakimiyyətin çadırların qurulmasına icazə verib-verməməsindən asılı olmayaraq, meydanı tərk etməyəcəyini bəyan edib.

Vanetsyan aksiyada "Mən buradan heç yerə getmirəm”, “qeyri-müəyyən etirazlara başlayırıq” kimi şüarlar səsləndirib.

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyini bildirib.

“Şərəfim var” fraksiyasının lideri və Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Artur Vanetsyan bunun üçün “yol xəritəsi”nin tərtib olunacağını bildirib.

O,əlavə edib ki, əsas vəzifə Paşinyanın istefasıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR