İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda müxalif deputatlara "SURPRİZ"

1208 31.05.2022 18:00 Region A A

“Müxalif deputatların mandatdan məhrum edilməsi məsələsi ilə bağlı Milli Assambleya Şurasına müraciət edə bilərik”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin spikeri Alen Simonyan tərəfindən jurnalistlərə müsahibəsində səslənib.

Onun sözlərinə görə, bununla bağlı hələ qəti qərar qəbul edilməyib.

"Mən öz şəxsi təəssüratlarımı paylaşıram. Düşünürəm ki, parlamentin iclaslarına istədiyin zaman gəlmək, istədiyin zaman isə gəlməmək deyilən bir şey yoxdur”, - deyə, Alen Simonyan bildirib.

Parlementdə Nikol Paşinyan hökumətinə müxalif sayılan “Hayastan” fraksiyasının deputatı Geqam Manukyan spikerin bu sözlərinə sərt təpki göstərib.

“Hökumət hesab edir ki, deputat olmaq ancaq hansısa bonuslar və ya mükafatlar almaq üçündür. Onlar bilməlidirlər ki, deputatlıq sadəcə iclas zalında düymələri basmaq üçün lazım deyil. Biz öz fəaliyyətimizi seçicimizin verdiyi mandata uyğun həyata keçiririk”,-deyə, Geqam Manukyan yerli mediaya müsahibəsində bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR