İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda mitinqləri dağıdan “beretlilər” əslində oliqarxların cangüdənləri imiş

905 18.05.2022 21:15 Region A A

Ermənistanda etiraz aksiyalarında qırmızı və qara “beretli”lər ayrı-ayrı polis bölməsində xidmət edən hüquq mühafizəçilərdən fərqli olaraq aksiyaçılara qarşı kobud və qeyri-insani davranış sərgiləyirlər.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti fəallara istinadla xəbər verib.

Qəzetdən bildirilib ki, aksiyalarda zorakılıq nümayiş edən “beretlilər”in forması altında əslində hökumətyönlü tanınmış oliqarxların cangüdənlərinin gizləndiyi barədə şübhələr var. Nəşr onların xüsusi qəddar təlimlərdən keçdiyini və öz rəislərinə fədakarcasına xidmət etdiklərini vurğulayıb.

“Biz artıq yazmışdıq ki, bu günlərdə bəzi polislər “məzuniyyətə” göndərilir, çox güman ki, onları mühafizəçilər əvəz edir”, – deyə qəzetdən bildirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR