İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda maraqlı istefa

1362 25.01.2023 18:44 Region A A

Ermənistan Ali Attestasiya Komitəsinin sədri Karen Keryan istefa verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu məlumat komissiya tərəfindən təsdiqlənib, lakin istefanın səbəbləri açıqlanmayıb.

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən Keryanın ərizəsinin alındığı və baş nazirin ofisinə göndərildiyi bildirilib.

Xatırladaq ki, Karen Keryan 2021-ci ilin martında Ermənistan Ali Attestasiya Komitəsinin rəhbəri təyin edilib.
Keryan fizika-riyaziyyat elmləri doktorudur. İrəvan Dövlət Universitetində, 2013-cü ildən bu günə kimi Ermənistanın Amerika Universitetində dərs deyib. O, həmin dövrdə 37 yaşlı Smbat Qoqyanı əvəz etmişdi. Qoqyan da həmin qurumdan qalmaqalla ayrılıb. Keçmiş sədr istefasını bir neçə problemlə izah edib. 37 yaşlı riyaziyyatçı təhsil və elm sahəsində islahatlarla bağlı fikirlərinin nazirliyin strategiyası ilə üst-üstə düşmədiyini və zaman keçdikcə bu ziddiyyətlərin daha da dərinləşdiyini qeyd edib.

Smbat Qoqyan Ermənistanda geniş yayılmış akademik plagiat məsələsinə diqqət çəkmiş və bunun ən yüksək dairələrdə müdafiə olunduğunu demişdi. Qoqyan sədr olarkən Ermənistan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru Ruben Ayrapetyan elmi vicdansızlığa yol verməkdə ittiham etmişi. Keçmiş sədr R.Ayrapetyanın doktorluq dissertasiyasının plagiat olduğunu ortaya çıxarmışdı. Lakin Ayrapetyandan sonra təyin olunmuş müvəqqəti rektor Diana Qaloyanın doktorluq dissertasiyasında aşkar tərcümələr və sitatı göstərilməmiş fikirlər yer aldığı aşkar edilib. Bütün bunlara rəğmən, Qaloyan əlaqələri və himayədarlıq sayəsində hələ də öz vəzifəsini qoruyur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR