İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda dövlət binalarını ələ keçirib partlayış törətmək istəyənlər tutuldular

850 02.11.2023 17:38 Son xəbər A A

Ermənistan Milli Təhlükəsizlik Xidməti partlayış törətməyə və hökumət binalarını ələ keçirməyə hazırlaşan cinayətkar dəstəni zərərsizləşdirib.

İstintaqın məlumatına görə, beş nəfər və hələlik şəxsiyyəti müəyyənləşdirilməmiş daha bir neçə adam dövlət qurumlarının işinə bu yolla müdaxilə etmək istəyib.

“Severnıy Listopad” (“Şimal xəzanı”) adlı qrupun üzvlərində odlu silah, döyüş sursatı, xəbərdaredici raket qurğusu, dron aşkar edilib.
Onların terror aktlarının keçirilməsinə adamları cəlb etmək üçün “Telegram” kanalları yaratmağı, öz ailə üzvlərini isə Gürcüstana aparmağı planlaşdırdıqları deyilir.//oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR