İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda anti-Rusiya tendensiyası: "Vaxt azdır, hərəkətə keçməli idik"

687 17.01.2023 19:06 Region A A

"Mən anti-Rusiya tendensiyasının müvəqqəti olacağı fikri ilə razı deyiləm. Bu, uzunmüddətli bir məsələdir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Beniamin Matevosyan jurnalistlərə müsahibə zamanı bildirib.

Onun iddiasına görə, Azərbaycan və Ermənistan liderlərinin Praqa görüşündə 9 noyabr 2020-ci il tarixli bəyanat “redaktə edilib”.  Matevosyan Laçın dəhlizinin bağlanmasını da bununla əlaqələndirib.

WhatsApp Image 2023-01-17 at 17.45.19.jpeg (16 KB)

“Biz dünən hərəkətə keçməli idik. Vaxt azdır”, - deyə, erməni politoloq söyləyib.

O əlavə edib ki, Qərb Ermənistan cəmiyyətinə qarşı çox səmimidir və Ermənistana hərbi dəstək verməyə hazır olmasından danışmır.

“Qərbin əsas vəzifəsi Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır. Bunun müqabilində Ermənistan hakimiyyəti şəxsi təhlükəsizlik və rifah təminatına ümid edir”, - deyə, Matevosyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR