İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənistan xarici siyasət vektorunu dəyişir"

905 21.11.2023 21:57 Region A A

Ermənistan xarici siyasət vektorunu dəyişir ki, bu da geosiyasi intriqalara zəmin yaradır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyan tərəfindən səslənib.

Onun sözlərinə görə, işlər ermənilərin maraqları naminə substantiv müzakirələr aparmaq əvəzinə, geosiyasi toqquşmalara doğru gedir ki, bu da regiona sabitlik gətirə biləcək proseslərə ziyan vurur.

Abramyan Azərbaycan-Ermənistan münasibətlərinin həlli məsələsinin geosiyasi toqquşma ilə nəticələndiyini iddia edir.

“Bu ona gətirib çıxarıb ki, hətta danışıqlar üçün yer seçimi də qızğın müzakirə obyektinə çevrilir. Halbuki 2018-ci ilə qədər heç kim ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında görüşün harada keçirildiyinə diqqət yetirmirdi”, - deyə Abramyan vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR