İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan və Azərbaycan BU TARİXDƏ müharibəyə başlayır - Türkiyənin məşhur təhlilçisindən ŞOK paylaşım

1930 27.07.2024 09:46 Son xəbər A A

Bu payız, ya da qışa doğru Ermənistanla Azərbaycan arasında ikinci (əslində, üçüncü - Musavat.com) böyük müharibə başlaya bilər.

Musavat.com xəbər verir ki, bu açıqlamanı Türkiyənin hakim partiyasına yaxın "Yeni Şafak" qəzetinin uzun illər baş redaktoru olmuş İbrahim Karagül "X" sosial şəbəkəsində paylaşıb.

Türkiyənin tanınmış analitiklərindən və hörmət edilən təhlilçilərindən sayılan Karagülün fikrincə, bunu önəmli xarici amillər diqtə edir.

Gəlin İ. Karagülün açıqlamasının mətnini olduğu kimi gözdən keçirək:

"Türkiyə və Pakistanın Azərbaycana verdiyi hərbi dəstəyə qarşı;

Hindistan, İran və Fransa Ermənistana ağır silahlar göndərir.

Bu payız-qış dönəmində ikinci dəfə müharibə başlaya bilər.

Amma bu dəfə Ermənistan Zəngəzuru və İranla sərhəd əlaqəsini itirə bilər.

Onsuz da belə bir “bəhanəyə” ehtiyac var.

Şərq qapısı bu dəfə geniş açılmalıdır".

Bizim şərh: Özündə qəzetçiyə məxsus bir qədər "hava" daşısa da, bu açıqlama diqqətli yanaşma tələb edir. Görünən budur ki, olası yeni müharibənin səbəbi Ermənistan və onu savaşa təhrik edən "kənar güclər"dir. Hazırda Ermənistan məhz bu məqsədlə silahlandırılır. Bəs Ermənistan bu müharibəni heç nəyə baxmayaraq, başladarsa, nə olar?

İbrahim Karagül dəqiq proqnoz verir və yazır ki, belə bir "bəhanə" pis olmazdı, qoy Ermənistan bəri başdan qorxsun! Sitat: "Amma bu dəfə Ermənistan Zəngəzuru və İranla sərhəd əlaqəsini itirə bilər".

Göründüyü kimi, Türkiyənin ən məlumatlı və məşhur simalarından biri  İ. Karagül Ermənistanın kənar güclərin əli ilə bölgədə status kvonu dəyişdirməyə çalışacağına diqqətəlayiq bəyannamə verir. Bu məlumatın və belə bir gedişatla bağlı bilginin Azərbaycan dövlətində də olduğu dəqiqdir. Yəqin bu səbəbdəndir ki, prezident Əliyev hər fürsətdə Ermınistana və onun revanşist elementlərinə, o cümlədən Paşinyan hökumətinə və ona silahlı yardım edənlərə xəbərdarlıqlar edir. İlham Əliyev açıq deyir ki, Ermənistan daxilində gedən proseslər və onun silahlanması Azərbaycana təhdid yaradacağı halda, "Dəmir yumruq" işə düşəcək.

Bəlkə də, İbrahim Karagülün dediyi kimi, bu payız o BƏHANƏ göydəndüşmə olacaq...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR