İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan üçün qəbuledilməz olan şərtlər qoyula bilər”-Xaçatryan 

1279 08.05.2023 14:50 Region A A

Baş nazir vaxtaşırı Moskvaya gedir, yəqin ki, gedib, amma nə vaxt bilmirəm.

Musavat.com bildirir ki, bunu mayın 8-də jurnalistlərə müsahibəsində Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Armen Xaçatryan deyib.

O, ABŞ-da aparılan danışıqların nəticələri ilə bağlı tam məlumatı olmadığını, deputatların proseslə bağlı məlumat almaq üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı Milli Assambleyaya dəvət edəcəyini istisna etməyib.

Deputatın sözlərinə görə, istənilən danışıqları artıq müsbət hal kimi qiymətləndirmək olar. “Yeganə sual nəticələrdir. Gözləntilərimiz özünü doğrultsa, yaxşı olardı, lakin bu, mürəkkəb prosesdir və gözləntilər baxımından hələ çox uzun yolumuz ola bilər”, - Xaçatryan bildirib.

O əlavə edib ki, sülh sazişinin parametrləri baxımından Ermənistan üçün qəbuledilməz olan şərtlər qoyula bilər.

Deputat əmin olduğunu bildirib ki, Azərbaycan bir çox hallarda İrəvan üçün qəbuledilməz olan öz maraqları üçün əlverişli vəziyyət yaratmaq üçün hər şeyi etməyə çalışacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR