İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan təyyarəsi bu dəfə Dubaya buraxılmadı

1034 08.05.2023 21:12 Region A A

"Mayın 7-də Dubay hava dispetçerləri hələ dəqiqləşdirilməmiş səbəblərdən Dubay-İrəvan reysi ilə uçan aviaşirkətimizin təyyarəsini Dubay hava məkanına buraxmayıblar".

Musavat.com bildirir ki, bu barədə FlyOne Ermənistanın bəyanatında deyilir.

Bəyanatda həmçinin qeyd olunur ki, təyyarə komandiri problem aydınlaşana qədər İranın Şiraz hava limanına eniş etmək qərarına gəlib:

“Qaldığı müddətdə ekipaj sərnişinləri yeməklə təmin edib və onların qohumları ilə əlaqə saxlaması üçün mümkün olan hər şeyi edib. Aviaşirkət hələlik İrana uçuşlar həyata keçirmədiyindən və qeyri-iş günü ilə əlaqədar olaraq reysin davam etdirilməsi üçün sənədləşmə işləri bir qədər uzanıb. Bütün icazələri aldıqdan sonra təyyarə uçuşunu davam etdirərək Dubay hava limanına enib”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR