İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Rusiyanı məhkəməyə verir? - SON DƏQİQƏ

1445 04.12.2023 16:48 Son xəbər A A

"Ermənistan verdiyi pul müqabilində silah almadığına görə Rusiya Federasiyasını məhkəməyə vermək fikrində deyil, problem tərəfdaşlıq şəraitində həll edilməlidir".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini Hraçya Sarkisyan tədbirdə deyib.

"Silah tədarükü olmayıb, amma məhkəmə də olmayacaq. Düşünürəm ki, məsələ tərəfdaşlıq zəminində həll olunacaq", - deyə o qeyd edib.

Qeyd edək ki, daha əvvəl baş nazir Nikol Paşinyan Ermənistanın Rusiyadan hələ də silah almadığını və bu problemin həlli yollarının müzakirə olunduğunu bildirmişdi. Paşinyan problemin həlli mexanizmləri ilə bağlı məsləhətləşmələr aparıldığını da söyləyib. Onun sözlərinə görə, Ermənistanın ödədiyi məbləğ müqabilində Rusiyaya olan borcunun azaldılması həmin variantlardan biridir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR