İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan rəsmisi: “Vasitəçilər danışıqlarda müxtəlif imkanlar təklif edirlər”

705 03.11.2023 16:05 Region A A

“Azərbaycan-Ermənistan danışıqlarında vasitəçilər müxtəlif imkanlar təklif edir və müxtəlif tərəfdən səylər davam edir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan danışıqların hansı formatda davam edəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

“Vasitəçilər müxtəlif imkanlar təklif edirlər, daha ətraflı məlumat verə bilmərəm. Bu, prosesin davam etməsi deməkdir. Axı bu proses təkcə yüksək səviyyəli görüşlərdən deyil, həm də müəyyən ekspertlər səviyyəsində hazırlıq və müzakirələrdən ibarətdir”, - deyə Ovannisyan bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş təşkil etmək təklifinə gəlincə, Ovannisyan “Bu, hələ də ideya kimi səslənir, konkret addımlar barədə heç nə bilmirəm” deyə cavablandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR