İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Qarabağdakı separatçı-terrorçu rejimə vəsait ayırır

603 27.04.2023 14:38 Region A A

Bu gün, aprelin 27-də keçirilən iclasda Ermənistan Respublikası hökuməti 2023-cü ilin büdcəsinə dəyişikliklər etmək və Qarabağdakı separatçı rejimə “dövlətlərarası kredit” ayırmaq barədə qərar qəbul edib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Məlumata görə, təqdim olunan layihənin həyata keçirilməsində məqsəd “artsax daxilində yaranmış sosial gərginliyi yumşaltmaq üçün” əlavə maliyyə ayırmaqdır. Ermənistanın dövlət büdcəsinin vergi daxilolmalarından Qarabağ separatçılarına 3,5 milyard dram – təqribən 15 milyon manat məbləğində dövlət kreditin ayrılması nəzərdə tutulur ki, bu da sülhə növbəti zərbədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR