İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan prezidenti: “Müharibə proqnozlaşdırılan idi, lakin biz...”

1820 26.05.2023 16:55 Region A A

“Əminəm ki, hamınız Ermənistanla maraqlanırsınız, hər kəsi burada baş verən hadisələr narahat edir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan Qətərin erməni icmasının nümayəndələri ilə görüşdə deyib.

“Əgər biz xarici problemləri, təhdidləri olmayan, sadəcə olaraq öz problemləri ilə məşğul olan bir ölkə olsaydıq, daha böyük uğurlar qazanardıq. İndi qarşımızda həll olunası problemlər, böyük vəzifələr durur, biz onları həll etməyə çalışırıq. Bu, asan deyil, çünki uzun illər Ermənistanın gələcəyi ilə bağlı fikirlərimiz fərqli olub” - deyə Ermənistan prezidenti bildirib.

Xaçaturyana görə, II Qarabağ savaşı hələ 90-cı illərdən proqnozlaşdırılan olub.

“Belə bir vəziyyətin yaranacağı çox aydın idi, amma biz bu reallıqla üzləşmək istəmədik. 1994-cü il müharibəsində qalib gəldiyimizi ictimaiyyətə, erməni xalqına təqdim etmək bizim üçün daha asan oldu, atəşkəs sazişi imzaladıq. Biz 20 il və ya daha çox “danışıqlar” prosesi apardıq. Həmin danışıqlar zamanı həqiqətlə üzləşmək istəmədik. Azərbaycanın müharibəyə hazırlaşdığı isə aydın idi. İndi biz belə bir vəziyyətdə Ermənistanın təhlükəsizliyi məsələsini həll etməyə çalışırıq”, - deyə Vaaqn Xaçaturyan vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR