İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan polisi Qarabağa qanunsuz keçmək istəyən radikalları geri qaytardı

1218 06.04.2023 23:59 Son xəbər A A

Ermənistan polisi aprelin 6-da Qarabağa getməyə cəhd edən “Birgə” müxalifət hərəkatının nümayəndələrinin qarşısını Gorusun Teğ kəndində kəsib.

Musavat.com bildirir ki, bu barədə erməni mediası Ermənistan Demokratik Partiyasının lideri Aram Sarkisyana istinadən xəbər yayıb.

“Biz aprelin 1-dən Dağlıq Qarabağa yeni yolun - o da Tex kəndindən keçir - açıq olmasının doğru olub-olmamasını yoxlamaq istədik. Kəndə çatdıq, polis əməkdaşları öz təhlükəsizliyimiz üçün bizi buraxa bilməyəcəklərini izah etdilər”.

Bildirilir ki, “Birgə”çilər başqa bir kənddən, Kornidzordan keçiblər, lakin burada da polis onları geri qayıtmağa çağırıb və demarkasiyanın xəritələrdən istifadə edilərək aparıldığını bildirib. Sarkisyan isə polisin arqumentini absurd və siyasi cəfəngiyyat adlandırıb.

“Onlar ərazimizi işğal ediblər və biz xəritələrdə onlara izah etməyə çalışırıq ki, səhv ediblər. Bu, hakimiyyətin vətəndaşların və dövlətin təhlükəsizliyini təmin edə bilməyəcəyinin təsdiqidir"-radikal müxalifətçi iddia edib.

Bildirilir ki, sərhəd qoşunlarının rəhbərliyi bir neçə gündən sonra müxalifətə cavab verəcəklərini bəyan edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR