İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənistan polisi Paşinyanı qorumaq üçün milyardlar xərcləyir" - ŞOK AÇIQLAMA

509 15.06.2023 14:26 Gündəm A A

Ermənistan Daxili işlər nazirliyi baş nazir Nikol Paşinyanın Ermənistanda hərəkətini təmin etmək üçün polisin nə qədər pul xərclədiyini hesablamayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin eyni adlı fraksiyasından olan deputat Geqam Manukyan tərəfindən səslənib.

Onun sözlərinə görə, polisin çoxmilyardlıq xərcləri reallıqda yalnız bir məqsədin həyata keçirilməsinə - Nikol Paşinyanın İrəvanın bu hissəsindən digərinə, Ermənistanın bir kəndindən digərinə gediş-gəlişini təmin etməyə yönəlib.

“Ermənistanın bütün vətəndaşları artıq yaxşı bilirlər ki, Sevan şossesində hər 2 metrdən bir polis maşınları dayananda, bu, Nikol Paşinyanın kortejinin tezliklə keçəcəyi deməkdir. Paşinyanı səfərlərində minlərlə polis müşayiət edir, lakin bunun səbəbi heç bir halda təhlükəsizlik maraqları deyil. Səbəb qorxudur. Məhz bu qorxu üzündən minlərlə polis işini qoyub saatlarla yollarda boş dayanır ki, bir adam bir yerdən başqa yerə keçə bilsin. Bu qorxu ölkənin nə dərəcədə məhv edildiyini, minlərlə insanı nifrətə bürüdüyünün dərk edilməsi ilə bağlıdır”, - deyə Geqamyan danışıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR