İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentinin spikerinə ÇƏTİN SUAL: “Ağdamı vətəniniz sayırsınızmı?”

1915 31.05.2022 19:46 Region A A

“Bütün dağlıq Ermənistan mənim vətənimdir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində sərf edib.

Jurnalistlərdən biri ona vaxtilə Serj Sərkisyanın hakimiyyəti dövründə bir şəxs ilə bağlı epizodu xatırladıb. Belə ki, Alen Simonyan işğal illərində Ağdama səfər edib, oradan Suren Papikyanla (hazırkı müdafiə naziri) birlikdə “Ağdam mənim vətənimdir” imzalı foto paylaşıb.

“Qars da müəyyən qədər mənim vətənimdir, çünki mənim babalarım, nənələrim qarslıdır. Siz müharibədən əvvəlki və sonrakı vəziyyəti facebook məntiqi ilə: “bunu o vaxt demişdin və sonra başqa cür danışdın” şəklində ifadə edərək müqayisə edirsiniz. Bilirsiniz, hər dəfə hansısa situasiya, siyasi vəziyyət yaranır və dünyada da vəziyyət dəyişib”, - Simonyan qəribə cümlələr işlədib.

Jurnalistin israrla “Ağdam da sizin vətənizdir?” sualına cavabında isə parlament spikeri onu həyasızlıqda suçlayıb və qalan suallardan da qaçıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR