İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentinin binasına tikanlı məftillər və xüsusi texnika gətirildi - VİDEO

421 12.06.2024 14:34 Region A A

Ermənistan polisi parlament binasına tikanlı məftillər və xüsusi texnika gətirib.

Musavat.com xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.

Polis rəisi Aram Hovhannisyan və müavinləri də parlament binası yaxınlığındakı etiraz meydanına gəliblər.

Qeyd olunub ki, Ermənistanın baş naziri Nikol Paşinyan hazırda respublika Milli Assambleyasının binasındadır. O, 2023-cü il büdcəsinin icrası ilə bağlı müzakirədə iştirak edir.

Xatırladaq ki, bir gün əvvəl “Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan vətəndaşları iyunun 12-də saat 15:00-da Yerevanın Baqramyan prospektində toplaşmağa çağırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR