İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentində yenə dava düşdü-deputat həbs olundu

468 31.03.2023 17:24 Hadisə A A

Bu gün səhər Ermənistan parlamentinin Dövlət və hüquq məsələləri daimi Komitəsinin qapalı iclasında dava düşüb.

Gələn xəbərlərə görə, hakim partiyadan olan deputat, sözügedən komissiyanın sədri Vladimir Vardanyanla müxalif “Ermənistan” blokundan olan deputat Mher Saakyan arasında münaqişə yaranıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Ermənistan” blokundan olan deputat İşxan Saqatelyan öz Facebook səhifəsində yazıb.

“Hadisədən bir neçə dəqiqə sonra polis əməkdaşları parlamentə soxulub və qeyri-mütənasib güc tətbiq etməklə deputat Mher Saakyanı saxlayıb. Hazırda o, İrəvan şəhərinin polis idarələrindən birindədir və dindirilir”,-deyə o bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR