İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentində təhqir və hədələr: “Ara, sənin dilini kəsərəm!”

1112 04.04.2023 15:38 Son xəbər A A

Ermənistan parlamentində İnsan hüquqları və ictimaiyyətlə əlaqələr daimi komissiyasının növbədənkənar iclası qızğın müzakirələr və şəxsi təhqirlərlə başlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, növbədənkənar iclasın gündəliyində yalnız bir məsələ - Ermənistanın ombudsmanı vəzifəsinə namizədlərin gözdən keçirilməsi olub.

Müxalifətdə olan “Ermənistan” və “Şərəf duyuram” fraksiyaları Edqar Kazaryanın namizədliyini irəli sürüb. Hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyası isə öz növbəsində baş prokurorun müavini Anahit Manasyanın namizədliyini dəstəkləyib.

Kazaryan çıxış etmək hüququnun verilməsini və hər iki namizəd üçün bərabər şərait yaradılmasını tələb edib. Lakin bu zaman onun çıxışı kəsilib. Hakim partiyanın parlamentdəki fraksiyasının katibi Artur Ovannisyan isə komissiyanın sədri Taqui Tovmasyandan öz vəzifələrini yerinə yetirməsini tələb edib. Buna baxmayaraq, Tovmasyan Kazaryana öz mövqeyini bildirməyə icazə verib. Kazaryan öz çıxışında hakim partiyanın irəli sürdüyü namizədin mövcud qanunvericiliyin tələblərinə cavab vermədiyini bildirib. O, bu məqsədlə Ermənistan Konstitusiyasından sitatlar gətirməyə başlayıb.

Artur Ovannisyan bu zaman yenə müxalifət namizədinin sözünü kəsib və mikrofonu işə salaraq Kazaryanla paralel danışmağa başlayıb. Daha sonra Ovannisyana komissiyanın üzvləri olan hakim partiyanın digər üzvləri də qoşulub. Nəticədə səs-küy və qarşılıqlı təhqirlər başlayıb. Kazaryanın hakim siyasi qüvvənin ünvanına yönəltdiyi ittihamlar isə Paşinyanın deputatlarını daha da qəzəbləndirib. Belə ki, Kazaryan çıxışı zamanı 2018-ci ildə baş verən hadisələrə toxunub. “2018-ci ildə Ermənistanda “Azərbaycan-Türkiyə inqilabı” baş verdi”, - deyə müxalifətçi namizəd bu cümləni işlədib. Bu, hakim partiyadan olan deputatları daha da özündən çıxarıb. “Ara, sən kimsən? Bizə bir növ “Azərbaycan-türk qrupu” deməyə cürət edənlərin dilini kəsərik. Hamınız başa düşdünüz?”, – deyə Ovannisyan söyləyib.

Komissiyanın rəhbəri Taqui Tovmasyan Ovannisyanın sözlərinin təhdid olaraq başa düşüləcəyi barədə xəbərdarlıq edib. Ovannisyan bunu heç inkar da etməyib. “Bunu təhdid kimi qəbul edin. Əgər kimsə xalqımıza nəsə desə, mən də onun dilini və qulaqlarını kəsərəm”, – deyə o, dediyini təkrarlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR