İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentində ara qarışdı

756 17.01.2023 15:37 Region A A

Ermənistanda hakim “Vətəndaş sazişi” partiyasından parlamentin vitse-spikeri Ruben Rubinyanla müxalifət arasında mübahisə yaşanıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli müxalifət Hesablama Palatasına üzv seçilməsi ilə bağlı səsverməni boykot edib.

Vitse-spikerin sözlərinə görə, vətəndaşlar deputatları ona görə seçiblər ki, onlar qanun layihələrini öyrənib səs versinlər, sadəcə texniki iş görüb bunun üçün əmək haqqı almasınlar. Onun fikrincə, müxalifət deputatları öz mandatlarına uyğun fəaliyyət göstərmirlər.

Müxalifətin cavabı özünü çox gözlətməyib. “Biz səsvermədə iştirak etmirik və sizin irəli sürdüyünüz düzəlişlərin əleyhinə səs vermirik, çünki bunlar, bir qayda olaraq, tamamlanmamış sənədlərdir. Onları həm də cari prioritetlər diktə etmir”, - deyə “Ermənistan” blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan bildirib. Onun sözlərinə görə, hakimiyyət müxalifətin təklif etdiyi namizədlərin müzakirəsinə razı olmadığından müxalifət gizli səsvermədə iştirak etmir. Üstəlik, səsvermə prosesini tamamilə qanunsuz keçir. Bu kontekstdə Minasyan öz-özünə səs verən Mərkəzi Seçki Komissiyasının rəhbəri Vahan Ovakimyanın seçilməsini misal çəkib.

Məsələyə parlamentin sədri Alen Simonyan müdaxilə etməli olub. “30 ildir kimin seçkiləri saxtalaşdırdığı, legitimliyi pozduğu bəllidir”, - deyə Simonyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR