İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan özünü “uğurlu dövlət” hesab edir?

688 18.04.2023 09:15 Yazarlar A A

Bəli, hazırda İrəvan-Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və yaxud da  “rus NATO-su” - Ermənistan münasibətləri daha çox iki aspektdən maraq kəsb edir.  Birincisi, hamı gözləyir ki, görək, Rusiyanın Ermənistan sərhədində Avropa missiyası ilə bahəm KTMT missiyasını da yerləşdirməklə bağlı təklifinə rəsmi İrəvanın cavabı nə olacaqdır?

Xatırladaq ki, bu təklifi bir-iki ay bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov səsləndirmişdi və demişdi ki, bu, onun ölkəsi üçün bircə günlük işdir. Amma İrəvanın hələ buna konkret bir cavabı yoxdur.

Bir çoxu belə hesab edir ki, cavabı yubatmaqla rəsmi İrəvan KTMT-dən bir növ acığını çıxır, çünki əvvəllər Ermənistan dəfələrlə KTMT-yə Azərbaycandan şikayət etmiş, amma heç nəyə nail ola bilməmiş, KTMT tərəfindən faktiki olaraq rədd cavabı almışdı.

Amma bizə burada belə gəlir ki, bütün bunların başqa bir, ikinci məqamı da var.

O da budur ki, siyasi təhlilçilər ciddi şəkildə qeyri bir aspekti də - Ermənistanın KTMT-dən çıxa bilməsini də müzakirə edirlər. Məsələ bundadır ki, Paşinyan hakimiyyətə gələndən bunun üçün xeyli əsaslar yaranıbdır. Bizim indi bunları bir-bir xatırlamaq fikrimiz yoxdur, sadəcə, onu qeyd edək ki, məsələ kifayət qədər əsaslıdır.

Birincisi, ona görə ki, Nikol Paşinyanın ölkəsini Qərbə istiqamətləndirmək fikri var. İkincisi, bunun üçün ən əsas addım İrəvanın KTMT-ni tərk etməsi olmalıdır, ona görə KTMT Rusiyanın digər geosiyasi və geoiqtisadi layihələri arasında az-çox işlək layihə və ya qurumdur. Üçüncüsü, Rusiya-Ermənistan münasibətlərində hazırda ciddi “çat” müşahidə olunur. Biz bunu əvəllər çox yazmışdıq - bəli, başqa təhlilçilər “Qarabağı tamam itirdik” kimi mərsiyyələr yazanda biz deyirdik ki, tələsməyin, tezliklə Moskva ilə İrəvanın münasibətlərində çox ciddi “çat” yaranacaqdır. Bunlar oldu və İkinci Qarabağ Savaşından sonra daha da dərinləşdi.

Amma burada başqa bir məqam da var. Ermənilər başa düşməyə başlayıblar ki, Rusiya ilə yaxınlıq onlara perspektivdə heç nə vəd etmir. Bu, bir neçə il bundan əvvəl, Serj Sarqsyanın vaxtından sezilməyə başlanmışdı. O vaxt Rusiya İrəvanın Avropa İttifaqı ilə Assosasiya Sazişi imzalamasının qarısını ala bildi və onu özünün yaratdığı Avrasiya İttifaqına üzv etdi. Amma buna baxmayaraq Serj Sərkisyan, daha çox siyasi deklarasiyaya bənzəsə də, hər halda, Avropa İttifaqı ilə saziş imzalaya bildi. Bir daha deyirik ki, ruslar bu sazişə ironiya edir, onun Kremldə redaktə olunduğunu deyirdilər. Ermənilər isə Moskvanı inandırmağa çalışırdılar ki, onların sazişinin heç bir geosiyasi konteksti və yaxud da aspekti yoxdur. Qərəz, saziş imzalandı və bir müddət sonra Sərkisyan hakimiyyətdən getdi. Bizə indi də belə gəlir ki, Serjin hakimiyyətdən getməsində həmin saziş heç də axırıncı rol oynamadı...

İndi rəsmi İrəvan, necə deyirlər, daha çoxuna iddia edir - Rusiyadan birdəfəlik qopmağa cəhd edir.

Erməni politoloqları və siyasətçiləri deyirlər ki, KTMT uğursuz dövlətlərin klubudur və onlar uğuru artıq NATO-da axtarırlar. Heç də təsadüfi deyil ki, axır vaxtlar erməni generallarının və siyasət adamlarının Şimali Atlantika Blokuna səfərləri çoxalıb. Elə NATO-da da əvvəlki illərdən fərqli olaraq, İrəvana daha isti münasibət göstərməyə çalışır, hətta Azərbaycan-Ermənistan münaqişəsində daha real rol oynamağa çalışırlar.

Odur ki, sual yaranır: alınacaqmı? Rusiya ilə “oynamaq” əlbəttə ki, riskli məşğuliyyətdir. Amma indi Qərbin Ermənistana dəstəyi artıb ve belə demək olar ki, İrəvan Moskvanın təzyiqləri qarşısında yalqız deyil. Gəl, Paşinyan bir detalı unutmamalıdır. Qərb Nikola o vaxt dəstək verməyə başladı ki, regionda müəyyən dəyişikliklər baş verdi, münaqişənin həlli yolunda ən əsas maneələrdən biri - Ermənistanın Azərbaycanın işğal altında olan rayonlarını qaytarmaq istəməməsi aradan qalxdı. Regional siyasətini dəyişmək, Bakı və Ankara ilə normal münasibətlər qurmaq - Qərbin Paşinyandan daha bir tələbi də budur. Nikol bunu başa düşsə, işləri alınacaq, yox, əgər başa düşməsə, Kreml gec-tez onu devirəcək...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR