İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan öz ərazisini poliqona çevirməkdədir - AÇIQLAMA

903 05.10.2023 19:21 Siyasət A A

"Azərbaycan İlham Əliyevin rəhbərliyi altında nüfuzunu hər gün artırmaqdadır. Qlobal mənada gücümüzü, qətiyyətimizi görürlər, qəbul edirlər, hörmətlə yanaşırlar. Bu, yeni siyasi arxitektura formalaşdığı zamanda çox vacib məsələlərdən biridir".

Bunu Musavat.com-a millət vəkili Vüqar İskəndərov deyib.

eed.jpg (36 KB)

Millət vəkili xatırladıb ki, Prezident İlham Əliyev dəfələrlə Xocalı soyqırımı, dinc şəhərlərin bombardman edilməsi, mülki şəxslərə qarşı terrorda əli olanların cəzalandırılacaqlarını bəyan edib:

"44 günlük Vətən müharibəsindən sonrakı proseslər, o cümlədən lokal antiterror tədbirlərində ölkə başçısının qətiyyəti, ordumuzun qəhrəmanlığı deyilənlərə bariz nümunədir. Cənab prezidentin dediyi kimi, sözümüz imzamız qədər dəyərlidir. Ölkə başçısı bildirmişdi ki, canilər, cinayətkarlar məhkəmə qarşısında cavab verəcəklər. Biz bu qürurlu günləri yaşayırıq. Gələcək nəsillər bir eranın tarixini yazdığımız üçün bizə qibtə edəcəklər. Qürurumuzu bərpa etmiş qəhrəman xalqıq. Cinayətkarların tutularaq əlləri qandallı Azərbaycan paytaxtına gətirilmələri və boynubükük vəziyyətdə dindirilməsi azərbaycanlılarda fəxr hissi yaradır. Özəlliklə Gəncənin bombalanması əmrini verən Arayikin faciənin ildönümü ərəfəsində Bakıya gətirilməsi rəmzi məna daşıyır. Heç nə təsadüfi deyil. Bu həm ilahi ədalət, həm də ölkə başçısının düşünülmüş siyasətidir".

V.İskəndərov dünya güclərinin Cənubi Qafqaz uğrunda mübarizə apardığına diqqət çəkərək bildirib ki, Ermənistan artıq öz ərazisini poliqona çevirməkdədir:

"Qərb-Rusiya qarşıdurması yarımüstəmləkə dövlətdə açıq müstəvidədir. Ölkə başçılarının səriştəsizliyi, illərlə davam etdirilən yanlış siyasət bugünkü Ermənistanı çətin vəziyyətə salıb. Ölkənin xarici siyasəti xaosa sürüklənir, konkret mövqe, xətt görünmür. Azərbaycana münasibət isə fərqlidir, bizimlə dost olmaq ölkələrin sayı artır. Bu da uğurlu siyasətin nəticəsidir. Düşünürəm ki, axtarışda olan bütün qatillər əliqandallı şəkildə paytaxt Bakıya gətiriləcək. Bütün dünya Azərbaycan prezidentinin dediyi sözə əməl etdiyini, xalqın yumruq halında ölkə başçısının yanında olduğunu görəcək. Bu gücün, birliyin, qətiyyətin qarşısında heç bir qüvvə dayana bilməz. Bu inkişaf zaman getdikcə daha da artacaq, gücümüzə güc qatacaq. Azərbaycan sözün əsl mənasında dünyanın ən güclü ölkələri arasında layiqli yerini tutacaq".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR