İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan müxalifəti mitinqlərə başlayır: Paşinyan istefa verməlidir

1007 16.02.2024 14:12 Region A A

Bu ilin fevralın 20-də saat 16:30-da Ermənistan müxalifəti İrəvanın "Azadlıq" meydanında mitinq keçirəcək. 


Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Birlikdə” hərəkatının koordinatoru Aram Sərkisyan məlumat yayıb.

Aram Sərkisyan həmin tarixin təsadüfən seçildiyini (bədnam “Miatsum” hərəkatının başladığı gün-red.) qeyd edərək mitinqin gündəliyində sadəcə bir məsələnin-Nikol Paşinyanın istefasının olacağını vurğulayıb. Sərkisyanın dediyinə görə, mitinqə parlamentdəki 35 deputatın hamısı dəvət olunacaq. “Əgər onlar razılaşarsa, o zaman hesab edirik ki, etimadsızlıq prosesi parlamentdən başlamalıdır”,-deyə o qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR