İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan müdafiə nazirinin KTMT-nin iclasında iştirak etməməsi diqqət çəkdi

413 25.05.2023 17:32 Region A A

 

Xəbər verildiyi kimi bu gün Minskdə KTMT dövlətlərinin Müdafiə Nazirləri Şurasının (MNŞ) iclası keçirilir, lakin iclasda Ermənistanın müdafiə naziri Suren Papikyan iştirak etmir.

Ermənistan Müdafiə nazirliyi Papikyanın Minskə getməməsinin səbəbini açıqlamayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli hərbi ekspert Ayk Nahapetyan Ermənistan hakimiyyətinin KTMT ilə münasibətləri dondurduğunu söyləyib.

“Ermənistan ötən ilin noyabr ayından KTMT-nin təklif etdiyi dəstək layihəsini müxtəlif səbəblərə görə rədd edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın dediyi kimi, hazırkı hakimiyyət KTMT sülhməramlı kontingentinin Azərbaycan-Ermənistan sərhədində yerləşdirilməsini istəmir. O, həmçinin Təşkilatın bütün üzv dövlətlərinin Ermənistana kontingent göndərməyə hazır olduğunu da deyib. Üstəlik, Ermənistan KTMT-nin təlimlərini keçirməkdən və KTMT baş katibinin müavini vəzifəsindən imtina edib. Suren Papikyanın KTMT Nazirlər Şurasının iclasında iştirak etməməsi Ermənistanın KTMT ilə münasibətlərini dondurduğunu göstərir”, - deyə Nahapetyan qeyd edib.

Ekspertin sözlərinə görə, hazırda KTMT-dən çıxmaq prosesinin başlanması gündəliyə daxil edilib və bu məsələ iqtidar dairələrində pərdəarxası müzakirə olunur.

“Bu, (Ermənistan üçün) kifayət qədər gözlənilməz və ağır nəticələrlə doludur, çünki bu, həm də sülhməramlı qüvvələrin Qarabağdan çıxarılmasını nəzərdə tutur. Buraya Nikol Paşinyanın qərarı ilə Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasını da əlavə etmək lazımdır. Paşinyan Nikol Rusiya Federasiyası ilə siyasi və hərbi baxımdan bütün əlaqələri və əməkdaşlığı dayandırmaq üçün hər şeyi edir”,-deyə Nahapetyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR