İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan idmanda da özünü təcrid duruma saldı - İrəvandan məyus açıqlama

2571 16.04.2023 17:31 Gündəm A A

Təşkilat Komitəsinin sədri Arutyunyan: “Təəssüf ki, bir ildir çəkdiyimiz əziyyət...”

Xəbər verildiyi kimi, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında ermənilər cırıq Azərbaycan bayrağını asaraq Azərbaycana qarşı növbəti təxribat törədiblər. Fotodan da göründüyü kimi, eyni təxribat Türkiyə bayrağı ilə də həyata keçirilib. 

Ermənistan baş nazirinin aparatının rəhbəri, İrəvanda başlayan ağır atletika üzrə Avropa çempionatının Təşkilat Komitəsinin sədri Araik Arutyunyan isə arenaya tamaşaçı yığmaq dərdinə düşüb. O, idman həvəskarlarını yaxın günlərdə tribunaları doldurmağa və idmançıları dəstəkləməyə çağırıb. Bu barədə Arutyunyan öz Facebook səhifəsində yazıb. Belə görünür ki, ermənilərin bu yarışa gözlənilən marağı göstrərməməsi Paşaniyan hökumətini məyus edib.  

dc83bf1ea06e3c6cb0934f255b2e5219.jpg (273 KB)

Amma  təşkilat komitəsinin sədri Azərbaycan bayrağının yandırılması ilə  bağlı  hadisəni yada salaraq bunu qınayıb da. “Təəssüf ki, bir ildir çəkdiyimiz əziyyətdən tam həzz almağa imkan verilmədi. Hər halda, bəlkə də, son detalı nəzərə almadıq, hesablamadıq və ona görə də bu hadisə baş verdi” . Arutyunyan açıq etiraf etməsə də, bu hadisənin Ermənistanın gələcək yarışların təşkilində iştirakına ciddi məneə törədəcəyinə işarə edib. Bu hadisəni törədəni dırnaqarası qəhrəman adlandıraraq, “əsas olan dövlətin mənafeyidir” deyə, o qeyd edib. 

Ermənistanın Təhsil, Elm  və İdman Nazirliyi də əl-ayağa düşüb və onlar da hadisə ilə bağlı bəyanat yayıblar. Nazirliyin bəyanatında iddia olunur ki, Ermənistan  guya  bütün təhlükəsizlik standartlarını təmin edib və çempionatda iştirak etmək üçün İrəvana gələn ağır atletlərin təhlükəsizliyi ilə bağlı heç bir problem yaranmayıb. Nazirlik həyasızcasına iddia edib ki,  “açılış mərasimi zamanı baş verən və çox tez aradan qaldırılan hadisənin idmançıların təhlükəsizliyi və yarışın rahat keçməsi ilə heç bir əlaqəsi yoxdur”. “Ermənistan Beynəlxalq Ağır Atletika Federasiyası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdə sadiq qalır və 2023-cü il Avropa çempionatını yüksək səviyyədə keçirməyə hazır olduğunu təsdiqləyir” deyə, bəyanatında bildirilir.  

f5f29198d8007a6c508cc92f1927f562.jpg (288 KB)

Yada salaq ki, Avropa Ağır Atletika Federasiyası (EWF) Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyanat yayıb. “Avropa Ağır Atletika Federasiyası 2023-cü il aprelin 14-də İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının Açılış Mərasimi zamanı bir nəfərin Azərbaycan bayrağını yandırması ilə nəticələnən hadisəni kəskin şəkildə pisləyir. EWF yarışın bütün iştirakçılarının təhlükəsizliyi üçün əlavə təminat tələb edib. Biz Azərbaycan Respublikasının nümayəndə heyətinin müsabiqəni tərk etməli olmasına təəssüflənirik, eyni zamanda buna hörmətlə yanaşırıq” deyə, bəyanatda bildirilirdi.   

Görünür ki, beynəlxalq idman yarışının açılışında Azərbaycan bayrağının  yandırılmasından sonra artıq bir daha belə mötəbər yarışda təşkilatçı ola bilməyəcəyini anlayan ermənilər beynəlxalq normaları pozmağa davam edirlər. İslanmışın yağışdan qorxusu olmaz…

Orxan ƏLİYEV, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR